Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsinə qoşulublar.

23 mart 2017 | 16:00

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Sumqayıt məktəbliləri də qoşulublar. Sumqayıt şəhər ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup  cənub bölgəsinə yola düşüblər.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinə toplaşan məktəbliləri şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov salamlayıb, şagirdlərə turun məqsədi barədə məlumat verib, gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb.
Qeyd edilib ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.
Məktəblilər və uşaqlarını yola salan valideynlər belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Tur-aksiya iştirakçıları Mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Sonra Sumqayıt məktəbliləri avtobusla ekskursiyaya yollanıblar.

Keçidlər