Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində dənizkənarı bulvar ərazisində Azərbaycan Stolüstü Tennis Federasiyasının İdman Kompleksi fəaliyyətə başlayıb.

18 mart 2017 | 16:00

Dənizkənarı bulvar ərazisində Azərbaycan Stolüstü Tennis Federasiyasının İdman Kompleksi fəaliyyətə başlayıb. Martın 18-də idman kompleksinə baxış keçirilib.
Tədbirdə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti, iqtisadiyyat naziri Şahin Mustafayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər.
Müasir idman kompleksi yüksək səviyyəli idmançıların, milli yığma komanda üzvlərinin hazırlanması, müxtəlif yaş qrupları arasında respublika və beynəlxalq səviyyəli təlim-məşq toplantılarının və yarışlarının yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulub. Ümumi sahəsi 6 min kvadratmetr olan kompleksə ixtisaslaşdırılmış stolüstü tennis zalı, 2 müasir süni örtülü mini futbol meydançası və inzibati bina daxildir. Binada 6 soyunub-geyinmə otağı, 4 yuyunma otağı, istirahət otaqları və kafe var.
İstifadəyə verilən Stolüstü Tennis Federasiyasının İdman Kompleksi stolüstü tennisin kütləviliyinin, uşaq və gənclərin idmana marağının artırılmasında, asudə vaxtın səmərəli təşkilində və sağlamlığın daha da möhkəmlənməsində və ümumilikdə, idmanın inkişafında əhəmiyyətli rol oynayacaq.

Keçidlər