Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Onkoloji Xəstəxanada əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər Onkoloji Xəstəxanasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub, şəhərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin baş həkimləri ilə görüşüb.
Xəstəxananın açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirdi ki, ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.Bu istiqamətdə Sumqayıtda da mühüm işlər görülüb. Qeyd olundu ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər Azərbaycanda tibbi xidmətin daha da təkmilləşdirilməsinə geniş imkanlar açır. Azərbaycanda səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığının daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəldib. Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyevanın bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına və mövcud problemlərin köklü həllinə yönəlib.
Sonra xəstəxana ilə tanışlıq oldu. Binanıın giriş foyesində Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda və Sumqayıt şəhərində aparılan quruculuq işlərinə dair foto stend yaradılıb. Məlumat verildi ki, Sumqayıt şəhər Onkoloji Xəstəxanası da əsaslı təmirdən sonra istifadəyə verilib. 1949 cu ildə yataqxana məqsədi ilə tikilib, 1972 ci ildən tibb müəssisəsi-Onkoloji Dispanser kimi fəaliyyət göstərir. Tibb ocağı 2015-ci ildən Onkoloji xəstəxana adlandırlıb. Xəstəxana binasının uzun müddət qəzalıı vəziyyətdə olması ilə əlaqədar 2016-cı ilin fevralından əsaslı təmirə başlanılıb. Binadakı otaqlar,binanıın fasadı və həyətyanı sahəsi əsaslı surətdə yenidən qurulub. 50 çarpayılıq tibb ocağı ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya şöbəsində xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da var. Xəstəxanadakı laboratoriya da ən son texnoloji avadanlıqlarla təhciz olunub. Tibb ocağıının 700 kvadrat metr həyətyanı sahəsi abadlaşdırılıb, asfalt vurulub, yerə tamet döşənib, yaşıllıq salınıb, xəstələrin istirahəti üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, Sumqayıt şəhərində son bir ildə şəhər 1 nömrəli Doğum Evi, 1 saylı Poliklinika , 4 nömrəli Uşaq Poliklinikası əsaslı təmir olunub, istifadəyə verilib, hazırda isə Uşaq Xəstəxanasının İnfeksion korpusunda tamamlanma işləri aparılır.