Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Xocalı faciəsinə həsr edilən ümumşəhər tədbiri keçirilib.

25 fevral 2017 | 16:00

Sumqayıtda Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, Milli Məclisin deputatları, idarə təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları  Sumqayıt şəhər Nəsimi parkında yerləşən Xocalı faciəsini simvolizə edən abidə önünə gül dəstələri və əklillər qoyaraq, Xocalıda şəhid olan soydaşlarımızı dərin ehtiramla yad etmişlər. Dövlət himni səsləndirilib, həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Sumqayıt şəhər Tarix Muzeyində Sumqayıt şəhərində məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirildi. Görüşdə acı xatirələr bir daha anılaraq, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək  bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilmiş və  Xocalı faciəsinin tarixi yaddaşlardan heç vaxt silinməyəcəyi vurğulanmış. Görüşdə çıxış edən xocalılı sakinləri həmin gecənin dəhşətlərindən danışıblar. Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğı üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər