Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.
25 yanvar 2017-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-ci il ərzində görülən işlər və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə Sumqayıt şəhəri İcra hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi E.Mansurzadə açdı. O, çıxışına ötən il ümumilikdə respublikamızın , o cümlədən Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş bir sıra əlamətdar hadisələrlə yadda qalması ilə bağlı başladı. O, belə unudulmaz və tarixi hadisələrdən biri kimi 2016-cı il, sentyabr ayının 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilmiş referendumun şəhərimizdə də yüksək səviyyədə təşkilini, ümumxalq səsverməsində iştirak edən vətəndaşların mütləq əksəriyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təklif edilmiş əlavə və dəyişikliklərə səs verməsini, onların möhtərəm dövlət başçımızın həyata keçirdiyi kursa növbəti dəfə dəstək verməsini və eyni zamanda bu ümumdövlət əhəmiyyətli vacib aksiyadan dərhal sonra, sentyabrın 27-də Sumqayıta gəlməsini, canab Prezidentin şəhərimizə olan diqqət və qayğısının nəticəsi kimi diqqətə çatdırdı. Daha sonra E.Mansurzadə 2016-cı il ərzində nümayəndəliyin ərazisində görülən işlər haqqında hesabat çıxışı ilə yığıncaq iştirakçılarını tanış etdi.
Sonra hesabatla əlaqədar münasibətlərini bildirmək üçün yığıncaq iştirakçılarına söz verildi.
Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 14, mənzil 107-də yaşayan, “İstedad” liseyinin müəllimi Hüseynov İlhami Məmməd oğlu çıxış edərək bildirdi ki, tarixi təcrübə sübut edir ki, hər bir dövlətin milli müstəqilliyə qovuşması üçün əlverişli siyasi mühitin və milli iradənin olması vacib şərtlərdir. Lakin güclü və vətənpərvər liderə malik olmayan xalqın yaranmış real şansdan yetərincə yararlanması, milli iradəsini toparlayaraq müstəqillik, azadlıq ideallarına qovuşması da mümkün deyildir. Belə situasiyalarda önə çıxan böyük şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali idealların gerçəkləşməsində müstəsna rol oynayır, bununla da əbədiyaşarlıq zirvəsinə yüksəlirlər.
Son illər təkcə paytaxt üçün deyil, ümumən respublika əhəmiyyətli bir sıra qlobal layihələrin gerçəkləşdirilməsi məhz doğma şəhərimizlə xeyli dərəcədə bağlıdır. Sumqayıtın inkişaf göstəricilərinin paytaxt uyğunlaşdırılması dövlət başçısının müəyyənləşdirdiyi mühüm vəzifələrdən biridir. Başqa sözlə, Azərbaycanın əsas sənaye mərkəzinə çevrilən Sumqayıtın qısa zamanda həm də geniş abadlıq–quruculuq məkanına çevrilməsinin ən ümdə səbəbi şəhərə Prezident İlham Əliyev tərəfindən Sumqayıtın və sumqayıtlıların təəssübkeşini şəhərə rəhbər təyin etməsidir. Uğurlu nəticə isə tezliklə biruzə verdi: Beləliklə, şəhərin əsas giriş yolu olan Sülh küçəsi hər iki tərəfə genişləndirilmiş, nəqliyyatın rahat hərəkətinə tam şərait yaradılmışdır. Yolun hər iki tərəfində yağış sularının qəbuledicisi, su, kanalizasiya, kommunikasiya xətləri çəkilmiş, 100 minlərlə kvadratmetr sahəyə yaşıl örtük salınıb və təkcə bu ərazidə 120 mindən çox ağac və dekorativ kollar əkilmişdir.
Bağça və məktəblər əsaslı təmir edilmiş, yeni istilik sistemləri ilə təmin olunmuşdur. Evlərin dam örtükləri yenidən qurulmuş. Çoxmənzilli yaşayış binasının liftləri dəyişdirilib yenisi ilə əvəz olunmuşdur. Şəhərin daxili yol infrastrukturu yenilənmiş və inkişaf etdirilmişdir. Binaların fasadları yenidən qurulmuş və aqlay daşlarla üzlənmişdir.
Bütün bu qeyd etdiyim və edə bilmədiyim layihələrin həyata keçirilməsində əməyi olan bütün şəxslərə, o cümlədən cənab Prezident İlham Əliyevə, şəhərimizin İcra Başçısı hörmətli Zakir Fərəcova yaşadığımız məhəllənin sakinləri adından, şəxsən öz adımnan dərin minnətdarlığımı bildirirəm və onlara şərəfli işlərində uğurlar və can sağlığı arzulayıram.
Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 9/5, mənzil 66-da yaşayan Qurbanov Həsən çıxış edərək bildirdi ki, şəhərimizə yeni İcra başçısı təyin olunduqdan sonra 45-ci məhəllə və 5-ci mikrorayonda xeyli işlər görülüb. Ərazidə gedən işlərin sakinlər tərəfindən müsbət qarşılandığını qeyd edərək sakinlərin uşaq idman meydançasının və idman qurğularının yenidən qurulmasının vacibliyini vurğuladı.
Yekun olaraq söz Sumqayıt şəhər İcra hakimiyyəti Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri G.Əliyevə verildi.
O, öz çıxışında 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin illik hesabatını dinlədiyini, görülən müsbət işlərlə bərabər təbii ki, problemlərin də mövcud olduğunu bildirdi. Biz şəhər İcra Hakimiyyəti olaraqdan işimizi tədbirlər planına uyğun olaraq qururuq. Dünyada iqtisadi böhranın yaşanmasına baxmayaraq Azərbaycanda iqtisadiyyat durmadan inkişaf edir. Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq müəyyən sərəncam və tapşırıqlar verir. Bu sərəncamlar uğurla icra olunur. Hazırda Sumqayıt şəhəri də öz intibah dövrünü yaşayır. Quruculuq işləri çərçivəsində şəhər ərazisində yeni Karbonit zavodunun tikintisi həyata keçiriləcək. Azot gübrə istehsal ediləcək zavodun tikintisinə 2200 işçi cəlb olunacaq. Fəaliyyətə başladıqdan sonra 800 işçi işlə təmin olunacaq. Bundan başqa Boruyayma zavodunun inşası da reallaşacaq. Tikinti işlərində 4000-4500 işçi çalışacaq. Zavod fəaliyyətə başladıqdan sonra isə 200-dən çox mütəxəssiz müəssisədə işlə təmin olunacaq. Gündüz Əliyev diqqətə çatdırdı ki, ötən dövrdə yaşayış binalarında zirzəmilərin çirkab sulardan təmizlənməsi istiqamətində mühüm işlər görülüb. Belə ki, 360 zirzəmi qurudulub, su-kanalizasiya xətdi təmir olunub. Şəhər ərazisində 30 minnən çox qurumuş və qəzalı vəziyyətdə olan həmçinin təhlükə yaradan ağaclar kəsilib və budanma işləri görülüb. Gündüz Əliyev çıxışında 1 nömrəli şəhər poliklinikasında aparılan əsaslı təmir işlərindən də danışdı. Baxımsız vəziyyətdə olan poliklinikanın indi müasir standartlara uyğun şəkildə yenidən qurularaq yüksək keyfiyyətli inventarlarla təmin olunduğu diqqətə çatdırıldı. Qarşıda görüləcək işlərdən danışan Gündüz Əliyev Acı dərə kanalının yeni boruya salınacağını bildirdi.
Onu da qeyd etdi ki, artıq 800 yerlik olan Kimyaçılar sarayının təmirinə və Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasının tikintisinə başlanılıb.
Sonda G.Əliyev Sumqayıt şəhər İcra hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ötən il ərzində gördüyü işləri müsbət qiymətləndirdi və gələcək fəaliyyətində nümayəndəliyə uğurlar arzuladı.