Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.
23 yanvar 2017-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-ci il ərzində fəaliyyətinin hesabatı və 2017-ci il üçün qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi E.Qəməbrov açdı. O, yığıncaq iştirakçılarını 2016-cı il ərzində nümayəndəliyin ərazisində görülən işlər haqqında hesabat məruzəsi ilə tanış etdi.
Kimyaçı icmasının sədri Solmaz Seyfəddinova çıxışında bildirdi ki, rəhbəri olduğu icma fəaliyyət göstərdiyi müddət ərzində şəhər icra hakimiyyətinin dəstəyi ilə bir çox layihələri həyata keçirmişdir. Kimyaçılar massivində uşaqlar üçün futbol meydançasının inşası, bir neçə yataqxananın, xeyir-şər evinin təmiri, Xəzər bağları ərazisində bəzi yollara çınqıl tökülməsi təşkil olunmuşdur. Ərazidə fəaliyyət göstərən Laçın rayon orta məktəbin istilik sisteminin qurulması da bu qəbildən olan layihələrdəndir. 2017-ci ildə bir neçə yataqxananın əsaslı təmirini və Xəzər bağları ərazisində yollara çınqıl tökülməsini həyata keçirmək niyyətindəyik. Bu işləri şəhər rəhbərliyinin dəstəyi və köməkliyi olmadan görmək bizə çox çətin olardı. Qeyd olunanlarla yanaşı bildirmək istəyirəm ki, Kimyaçılar massivi ərazisində bəzi problemlərimizdə mövcuddur. Belə ki, ərazidəki küçə itlərinin yığışdırılması, məişət tullantıları üçün nəzərdə tutulan yeşiklərin yenilənməsi ilə bağlı tədbir görülməsi yaxşı olardı.
12 saylı orta məktəbin müəllimi İradə Quliyevaya verildi. O, çıxışında bildirdi ki, Ulu öndər H.Əliyevin apardığı və cənab Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi uğurlu iqtisadi və sosial siyasət nəticəsində ölkəmizin nailiyyətləri artmış, iqtisadi sahə ilə paralel şəkildə sosial sferanın da inkişafı soydaşlarımızın həyat şəraitinin yaxşılaşmasına səbəb olmuşdur.
Şəhərimizin inkişafı burada tətbiq olunan böyük layihələrin əsas hədəfidir. Yenilik meyli, xüsusi zövqü və təşəbbüskarlığı ilə fərqlənən şəhər rəhbərliyinin qarşısında Sumqayıtı tezliklə inkişaf etdirmək vəzifəsi qoyulmuşdur və bu istiqamətlərdə görülən işlərə dövlət səviyyəsində hərtərəfli dəstək verilir.
Şəhərimizdə böyük quruculuq işlərinin aparıldığının canlı şahidiyik. Məktəbəqədər müəssisələrin çox az bir müddətdə təmiri, dam örtüklərinin təzələnməsi, istilik sisteminin bərpası və xüsusilə körpələrin sağlam qida ilə təmin olunması böyük diqqət və qayğının nəticəsidir. Binaların fasad və dam hissələrinin təmiri, işıq effektləri ilə bəzədilməsi qeyri-adi təsir bağışlayır.
Mikrorayon və məhəllələrdə daxili yolların asfaltlanması, yeni Heydər Əliyev Mərkəzinin, İncəsənət və Şahmat Məktəblərinin yaradilması, Sumqayıt bulvarının qısa müddətdə inşası sakinləri sevindirir.
Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Sahib Quliyev hesabat iştirakçılarını salamlayaraq 2016-cı ildə görülmüş işlərdən, Sülh küçəsindən Göyərçin abidəsinə qədər olan yolun genişləndirilməsindən və bununla da şəhərin giriş hissəsinin estetik cəhətdən daha da gözəl olduğunu bildirdi. 2016-cı ildə bir çox binaların dam örtüklərinin təmir olunduğunu, yeni liftlərin quraşdırılmasının başa çatdığını, məhəllə və mikrorayon daxili yolların asfaltlanması işlərinin davam etdirildiyini qeyd etdi. Eyni zamanda bildirdi ki, 2017-ci ildə də abadlıq və quruculuq işləri geniş vüsətlə davam etdiriləcəkdir. Yaxın gələcəkdə İnşaatçılar massivində istismar müddətini başa vurmuş taxta barakların sökülərək yerində müasir standartlara cavab verən hündür mərtəbəli binaların və Sumqayıtda məskunlaşmış məcburi köçkünlər üçün binaların inşasına başlanılacaqdır. O, icra nümayəndəliklərinin qarşısına qoyulan vəzifələr və fəaliyyətləri barədə iştirakçılara ətraflı məlumat verdi. Sonda zalda oturan hesabat iştirakçılarını sual və təkliflər verməyə dəvət etdi.
Sonra hesabatla əlaqədar münasibətlərini bildirmək üçün yığıncaq iştirakçılarına söz verildi.