Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.

18 yanvar 2017 | 16:00

18 yanvar 2017-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 3  nömrəli  sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  2016-ci il ərzində fəaliyyətinin hesabatı və  2017-ci il üçün qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib.
ŞİH başçısının nümayəndəsi Araz Fərhadov hesabat məruzəsi ilə çıxış edərək, nümayəndəliyin xidməti ərazisində görülən işlərdən danışdı.
Daha sonra 12-ci mikrorayon sakini Rəhimov Aygün çıxış edərək, ötən il görülən işlərin əhəmiyyəti barəsində danışdı. Şəhər bulvarının, küçələrinin gözəlləşdiyinin paytaxt standartlarına çatdığını bildirdi. O cümlədən nümayəndəliyin ərazisindəki abadlıq-quruculuq sahəsindəki canlanmanın səbəbkarı olan İcra hakimiyyətinin başçısı cənab Zakir Fərəcova sakinlər adından minnərdarlığın çatdırılmasını xahiş etdi. Ümumilikdə şəhər ərazisində o cümlədən nümayəndəlik ərazisində görülən işləri müsbət qiymətləndirdi.
10-cu mikrorayon sakini Aygün Paşazadə çıxışında bildirdi ki, ötən il yaşadığı mikrorayonun yolları asfaltlandı, demək olar ki hər ay binalarda dezinfeksiya işləri yerinə yetirildi, bəzi binaların damlarında və fasadında təmir işlərinə başlanıldı, binaların qarşısında işıqlandırma işləri aparıldı. “Yeni il” bayramı ilə əlaqədar şəhərin bəzədilməsini isə xüsusi qeyd etdi. Neçə ildir Sumqayıtda yaşadığına baxmayaraq şəhərin bu cür zövqlə bəzədilməsini şahidi olmadığını bildirdi. Şəhərin küçələrinin, əsas girişinin, Yeni Bulvarımızın işıqlarla bəzədilməsinə baxdıqda sumqayıtlı olmağı il fəxr etdiyini vurğuladı. Yeni ildən sonra fəaliyyətə başlayan yeni avtobuslar şəhəri daha da gözəlləşdirdiyini, bir müddət sonra bütün avtobusların yeniləcəyinə ümid etdiyini bildirdi.
34 saylı məktəbin müəllimi Müslüm Əsədov çıxışında qeyd etdi ki, uzun illərdən bəri işlədiyi məktbin istilik sistemində nasazlıq yaranmışdır. Şəhər İcra Hakimiyyəti başçısının tapşırığından sonra ötən ilin sonunda istilik sisteminin yenidən quraşdırılması işlərinə başlanmışdır. Buna görə məktəb kollektivi adından minnətdarlığını bildirərək ümumilikdə nümayəndəlik ərazisində görülən işləri müsbət qiymətləndirdi.
Tuq zavod ərazisi üzrə bələdiyyənin məhəllə komitəsinin sədri İbrahimov Məhəmməd çıxışında şəhərin gün-gündən gözəlləşməyindən və ötən il mühüm işlərin görülməsindən danışdı. Yaşadığı Tuq zavod ərazisində də, tibb məntəqəsinin yaradılması, kanalizasiya şəbəkəsinin qurulması, yol infrastrukturunun bərpası, marşrut avtobusların xidmət edilməsi və sair yaşayış massivinə uyğun infrastrukturun yaxşılaşdırılmasına köməklik göstərilməsin xahiş etdi.
Ceyranbatan bağları, “Asfalt zavod” ərazisin sakini Söhbət Səfərov Respublika Prezidentinin ölkəmizdə apardığı islahatlar uğurundan danışdı. Yaşadığı ərazidə bugünə kimi tikilmiş fərdi evlərin sənədləşmə prosesin sakinlər üçün vacib məsələ olduğu bildirərək bu barədə sual verdi.
2 saylı qadın məsləhətxanasının baş həkimi Zeynəb Süleymanova Şəhər İcra hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun təşəbbüsü ilə şəhərdə bir çox işlər görüldüyünü qeyd etdi. O cümlədən işlədiyi poliklinikada ötən il ərzində aparılan təmir işlərinə görə kollektiv adından şəhər İH başçısı cənab Z.Fərəcova minnətdarlıq çatdırmasını xahiş etdi.
ŞİH başçısının müavini Sahib Quliyev çıxış edərək hazırda şəhər ərazisində görülən və nəzərdə tutulan işlər barəsində məlumat verdi, iclasda verilən sualları cavablandırdı, bəzi məsələləri nəzarətə götürdü. Nümayəndəliyin hesabatına münasibətini bildirdi.

Keçidlər