Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.

19 yanvar 2017 | 16:00

19 yanvar 2017-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 4  nömrəli  sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  2016-ci il ərzində fəaliyyətinin hesabatı və  2017-ci il üçün qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib.
İclasda İcra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsi Elvaris Əliyev ilin yekunlarına dair məruzə ilə çıxış edərək bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi  və iqtisadi strategiyanın cənab prezidentimiz İlham Əliyev tərəfindən  uğurla davam etməsi nəticəsində ölkəmiz bu gün beynəlxalq aləmdə qəbul edilən qüdrətli dövlətlər sırasına çıxmışdır. Müasir müstəqil Azərbaycanın bütün şəhərləri kimi   Sumqayıt  da öz inkişaf mərhələsinin yaşayır.  
    2016-cı il il şəhərimiz üçün uğurlu il olmuşdur. Tikinti və abadlıq –quruculuq işləri  şəhərimizin həyatında ciddi dönüşlərə səbəb olmuşdur.Şəhərimizin simasını dəyişdirən hörmətli şəhər icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov abadlıq və quruculuq işlərinə şəhərimizin giriş hissəsindən başlayaraq təxminən 4 km-ə yaxın yolun ikitərəfinin möcüzəvi şəkildə simasının dəyişdirilməsi, şahmat məktəbinin binası, uşaq əyləncə mərkəzi və  möhtəşəm Heydər Əliyev mərkəzi şəhərimizə xüsusi bir görkəm vermişdir. Sumqayıt şəhərində bataqlıq və  bərbad  vəziyyətdə olan dəniz  kənarında tez bir zamanda göz oxşayan, insanların istirahəti üçün yaradılmış Sumqayıt bulvarı sanki bir möcüzə olmuşdur.
  Nümayəndəlik qanunla müəyyən olunmuş tələbləri əldə rəhbər tutaraq digər qurumlarla qarşılıqlı  görülən  işlər və qarşıda duran vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verdi.
  35 nömrəli tam orta məktəbin direktoru Nüşabə Seyfullayeva iştirakçıları salamlayaraq ölkəmizdə gedən quruculuq işlərindən, şəhərimizin icra başçısı cənab Zakir Fərəcovun  şəhərə rəhbərlik etdiyi müddət ərzində görülən işlərdən, təhsil işçilərinə göstərilən  diqqətdən, abadlıq və quruculuq işlərindən danışdı. Daha sonra təşəkkür edərək  bildirdi ki, icra hakimiyyətinin  nümayəndəliklərinin yerlərdə təşkil olunması çox yaxşı haldır. Yaradılan şərait nəticəsində ən kiçik vəzifə daşıyan işçilər və sakinlər də rəhbərliyin qəbuluna düşüb  öz rəy və təkliflərini çatdıra  bilirlər. Nümayəndəliyin işçiləri bizim məktəbin bütün tərbirlərində yaxından iştirak edir.
  18-ci mikrorayon ev 33 mənzil 43-də yaşayan Qəhrəmanov  Müzəffər yığıncaq iştirakçılarını  salamlayaraq şəhərimizin icra başçısı cənab Zakir Fərəcovun şəhərə rəhbərlik etdiyi müddət ərzində görülən işlərdən  danışdı. Görülən işlərin təqdirəlayiq olduğunu bildirdi.
   66 saylı bağçanın müəlliməsi Quliyeva Səbinə bağçalarında əsaslı təmir aparıldığı, müasir mebellərlə təmin olunduğu üçün şəhər icra başçısına təşəkkürünü çatdırdı.
  Şəhər İcra başçısının müavini Sahib Quliyev çıxışında nümayəndəliyin il ərzində gördüyü  işləri məqbul qiymətləndirdi. O qeyd etdi ki, nümayəndəliyin işçiləri şəhər tədbirlərində yaxından iştirak edirlər.  S.Quliyev nümayəndəlik ərazisində görülən işlərdən və problemlərdən danışdı. Ötən müddət ərzində müəyyən işlər görülsə də qarşıda görülməli işlərin çoxluğunu, qarşılıqlı fəaliyyət göstərməyin  vacibliyini tövsiyyə etdi.

Keçidlər