Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.

17 yanvar 2017 | 16:00

17 yanvar 2017-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyinin  2016-ci il ərzində fəaliyyətinin hesabatı və  2017-ci il üçün qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib.
İlk öncə H.Zeynalabdin qəsəbəsi üzrə icra nümayəndəsinin müavini Ramil Əliyev çıxış etdi. O, Əsası ümumilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi, elmi əsaslara söykənən iqtisadi siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı günü-gündən daha da sürətlənmiş, bütün sahələrdə böyük uğurlar qazanılmış, sahibkarlığın inkişafına geniş imkanlar yaradılmış, makroiqtisadi sabitliyin qorunub saxlanıldığını bildirdi.
  2016-ci il ərzində görülmüş işlər barədə məlumat verərək bildirdi ki, sakinlərin təkliflərini nəzərə alaraq tədbirlər planı hazırlanıb və tədbirlər planında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi üçün lazımı işlər görülüb.
  Bakı-Quba yolunun kənarında, park və küçələrdə mütəmadi təmizlik və abadlıq işləri aparılıb, o cümlədən  yol kənarında yaşayan sakinlərin hasarları ümumilikdə 3000 m uzunluğunda rənglənib.  Qəsəbənin Xətai , Məktəbli, 5-ci qəsəbə bağlar massivi, Perekeşkül, 1-ci məhəlləyə ümumilikdə 6000 m2  asfalt örtüyü çəkilib. 15 ədəd qəzalı vəziyyətdə olan ağac kəsilib, 25 ağac isə budanıb. Qəsəbə sakinləri, ağsaqqalları və 2-ci Polis bölməsinin əməkdaşlarının iştirakı ilə məktəblərdə, məhəllələrdə  narkomaniyaya yox deyək devzi altında görüşlər keçirilib. Uşaq bağçaları avadanlıqlarlar, yumuşaq və bərk inventarlarla təmin olunmuşlar. Novruz bayramı ərəfəsində iməclik keçirilmiş, bayramı tərənnüm edən  lövhələr yerləşdirilib, 160 ailəyə bayram sovqatı paylanmış və bayram günü Ə.Bakıxanov adına incəsənət məktəbinin kollektivinin iştirakı ilə qəsəbə parkında konsert proqramı keçirilib. Qurban bayramı münasibəti ilə 279 ailəyə Qurban payı paylanmışdır. 9 May ərəfəsində qəsəbədə iməclik təşkil edilib, 1941-1945-ciil tarixli abidəsi ətrafında abadlıq işləri aparılaraq, Böyük Vətən Müharibəsi İştirakçıları və ailələri ilə birlikdə görüşlər keçirilib. 10  May tarixində Ulu öndər H.Əliyevin anadan olmasının  93-ci il dönümü qəsəbə ağsaqqallarının və ictimaiyyətin iştirakı ilə anılıb. Qəsəbədə ümumilikdə 2500 müxtəlif şam, sərv, zeytun, Xan çinarı və meyvə ağacları əkilmiş, onlardan 2000 ədədi Bakı-Quba yolu kənarına, 500 ədədi isə       S.Bəhlulzadə, Xətai küçələri və SKZ yataqxanasının qarşısına və qəsəbə parkına əkilmişdir.
   Sonra söz çıxış edənlərə verildi.
   İlk öncə qəsəbə Bələdiyyəsinin sədri Elşən Məmmədov çıxış edərək  hesabat dövrü ərzində yerli büdcənin gəlirləri və xərclərindən,  qəsəbədə yerləşən əlil, aztəminatlı və imkansız ailələrin daima diqqət mərkəzində olmalarından, daima iməcliklərin keçirilməsindən danışdı.
  Daha sonra qəsəbə Ağsaqqallar şurasının sədri  Tahir Ələsgərov  çıxış etdi. O ilk öncə Sumqayıtda görülən abadlıq və quruculuq işlərindən danışdı. Daha sonra Qəsəbədə  yaşıllıqların salınması və ağac əkmə aksiyalarında qəsəbə ağsaqqalları da yaxından iştirak etdiklərini, xeyriyyəçilik işlərində xüsusi təşkilatçılıq və fəallıq göstərdiklərini evi yanmış  2 ailə  qəsəbə icra nümayəndəliyi və bələdiyyə ilə birlikdə yardım göstərilməsindən, ehtiyacı olan və imkansız ailələrə ağsaqqalların vasitəçiliyi ilə yardımlar edilməsindən, icra nümayəndəliyi və qəsəbə bələdiyyəsi ilə birlikdə “Narkomaniyaya yox deyək” devizi altında məhəllə və məktəblərdə görüşlərin keçirilməsindən,  cəzasını çəkib azadlığa buraxılan vətəndaşlara tərəfimizdən hami tərbiyəçilər  təyin  olunumasından və onlarla nəsiyyəthamiz söhbətlər aparılmasından danışdı.
Sonda Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini Faiq Kərimov çıxış etdi. O, Sumqayıt şəhər İcra hakimiyyəti başçısı adından yeni il münasibəti ilə  qəsəbə sakinlərini təbrik edərək xoşbəxtlik arzuladı . Və bildirdi ki, son aylarda şəhərimizdə gedən quruculuq-abadlıq işləri məhz cənab Zakir Fərəcovun adı ilə bağlıdır. Belə ki, 4 ay ərzində bağçaların dam örtükləri və istilik sistemləri təmin edildi. 8 ay ərzində isə Heydər Əliyev Mərkəzi, Şahmat və Musiqi məktəbləri tikilib, bulvar salınıb, yaşayış binalarında köhnə liftlər yeni müasir liftlərlə əvəz edilib.
Daha sonra qəsəbənin tarixindən danışaraq  Hacı Zeynalabdin Tağıyevin adını daşıyan bu qəsəbə də məhz onun büstü qəsəbənin girişində deyil, mərkəzində, yaşıllıq ətrafında olmasını və bu qəsəbədə sakinlərin qaz, su və işıq sistemi ilə fasiləsiz təmin olunmasını söylədi. Sonda isə 2017-ci ildə qəsəbədə böyük lahiyyələrin həyata keçiriləcəyini bildirdi.

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbəsi üzrə nümayəndəliyinin  hesabat yığıncağı keçirilmişdir.

      16 yanvar 2017-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbəsi üzrə nümayəndəliyinin  2016-ci il ərzində görülən işlər və  2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
İclası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə üzrə nümayəndəsi Cəmil Quliyev açaraq 2016-ci il ərzində qəsəbənin sosial-iqtisadı inkişafı istiqamətində görülən işlər haqqında hesabatı ilə iclas iştirakçılarını tanış etdi. C.Quliyev hesabatla əlaqədar  münasibətlərini bildirmək üçün iclas iştirakçılarına söz verdi.
7 saylı orta məktəbin direktoru T.Haqverdiyeva bildirdi ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov şəhərə başçı təyin olunan gündən ilk  olaraq  işlədiyi məktəbə  gələrək problemlərlə şəxsən özü maraqlandı və  məktəb təmiri üçün xüsusı tapşırıqlar verdi. 118 illik yaşı olan məktəb əsaslı təmir olunaraq vaxtından əvvəl, sentyabr ayında şagirdlərin istifadəsinə verildi. Məktəbə göstərdiyi bu doğma münasibət üçün  qəsəbə sakinləri və müəllim-şagird kollektivi adından hörmətli Zakir Fərəcova dərin minnətdarlığını bildirdi.
Corat qəsəbə məhəllə 81, ev 98-də yaşayan, qəsəbə Veteranlar şurasının sədrı Əliyev Rüstəm Məhərrəm oğlu bildirdi ki, bir qəsəbə sakini kimi bu gün şəhərimizdə və qəsəbədə aparılan abadlıq işlərinə görə Prezidentimiz İlham Əliyev cənablarına minnətdarlığını bildirir. Bu gün hər bir şəhər sakini aparılan abadlıq və quruculuq işlərinin nəticəsində gündən-günə gözəlləşən şəhərdən, sözün əsl mənasında, zövq alır. Bu abadlıq işlərinın eyni zamanda  qəsəbədə aparıldığını vurğulayaraq Sumqayıtın inkişafı və yüksəlişi üçün həyata keçirilən yeni proqram və layihələrin nəticəsində şəhərimiz  respublikamızın ən gözəl şəhərlərindən birinə çevriləcəyinə inandığını bildirdi.
Corat qəsəbə 2məhəllə 1 saylı evin sakini,qəsəbə Ağsaqqallar şurasının sədri Balamiyev Zakir Məmmədsaleh oğlu bu gun Sumqayıt şəhərində eləcə də qəsəbədə gedən quruculuq və abadlıq işlərinə görə sakinlər adından cənab Zakir Fərəcova təşəkkürünü bildirdi və gələcək işlərində müvəffəqiyyətlər arzuladı. Qəsəbə sakinləri adından qəsəbədə yas mərasimlərinin keçirilməsi üçün xeyir-şər evinin tikilməsinə köməklik olunmasını xahiş etdi.
Corat qəsəbə 409 saylı evin sakini Mürsəlov Hüseynağa Əliağa oğlu bu gün şəhərimizdə və eləcə də onun qəsəbələrində aparılan işlərin göz qabağında olduğunu qeyd etdi. 2017-ci ildə qəsəbədə yeni tələbatlara uyğun bağça tikilməsinin sevindirici hal olduğunu vurğuladı. BU qayğıya  görə qəsəbə sakinləri adından cənab Zakir Fərəcova minnətdarlığını bildirdi.
Sonda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci  müavini Faiq Kərimov  çıxış edərək  bildirdi ki, bu gün ölkə Prezidentimiz möhtərəm İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində gördüyü çox böyük işlər, həyata keçirdiyi mühüm əhəmiyyət daşıyan çoxşaxəli tədbirlər göz qabağındadır. Ölkəmiz gündən-günə inkişaf edir. Sumqayıt da bu inkişafdan geri qalmır. Möhtərəm prezidentimiz İlham Əliyev on üç ildir ki, Sumqayıtın qayğıkeşidir. Onun inkişafı və çiçəklənməsi üçün əlindən gələni edir. Hal-hazırda Sumqayıt şəhərində yarım milyon əhalı yaşayır. İlk əvvəl qlobal problemlərin həllinə çalışırıq. Son illərdə şəhərimiz daha çox inkişaf etmişdir, yeni müəssisələr, təşkilatlar,x əstəxanalar və s. istifadəyə verilmişdir. Şəhərdə aparılan tikinti quruculuq işləri günü-gündən artmaqdadır. Artıq şəhərdə, istər qəsəbələrdə su, qaz, işıq problemləri qalmamışdır, hər hansı bir qəza baş verərsə də vaxtında qarşısı alınır.
Sumqayıt şəhəri günü-gündən gözəlləşir. Görülən işlər bizi daha çox sevindirdi. Bundan başqa, yeni müasir tikililərin sayı artmaqdadır. Sumqayıt Bakıdan sonra ikinci gözəl şəhərdir. Ölkə başçısı Sumqayıta səfəri zamanı da öz çıxışında inkişaf  baxımından Sumqayıtın Bakıya çatdığını qeyd etdi. Bu bizim üçün qürurvericidi. Bu gün möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil respublikamızıin özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Ölkəmiz demokratik dövlət quruculuğu sahəsində iqtisadiyyin və sosial-iqtisadi həyatın inkişafında  böyük uğurlara nail olmuşdur.

Keçidlər