Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il bayramı” ilə əlaqədar ümumşəhər bayram tədbiri keçirilib.

29 dekabr 2016 | 16:00

Dekabrın 29-da Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə bayram tədbiri keçirilib.
Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək şəhər sakinlərini və tədbir iştirakçılarını xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeş və vətənə sədaqətin rəmzi olan "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və "Yeni il” münasibəti ilə təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən, əlamətdar gün ilə bağlı Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində respublikamızın çiçəklənən diyara çevrilməsini fərəhlə qeyd edərək, bütün bölgələrdə olduğu kimi, Sumqayıtda da həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərindən bəhs edib. Şəhər rəhbəri 2016-cı ildə qazanılan uğurların daha da inkişaf etdiriləcəyini, yeni proqram və layihələrin yerinə yetiriləcəyini əminliklə vurğulayıb.
Şəhərin sosial iqtisadi həyatında səmərəli fəaliyyətinə görə fərqlənənlərə Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub.
Bayram şənliyində respublikanın tanınmış incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Tədbir iştirakçılarına bayram süfrəsi açılıb.
Sonda Sumqayıt bulvarında atəşfəşanlıq olub.

Keçidlər