Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov uşaqları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 63 və 40 saylı körpələr evi uşaq baxçasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təşkil edilən bayram şənliyində iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov körpə fidanları bayram münasibəti ilə təbrik edib, gələcəyimiz olan uşaqlara can sağlığı, xöşbəxt həyat, sevinc dolu günlər və vətənə layiqli övlad olmalarını diləyib.
Şəhər rəhbəri çıxışında bağçanın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bayram şənliyində uşaqların ifasında vətənpərvərlik şeirləri və mahınları səsləndirilib, əlvan yolka ətrafında yeni il musiqilərinin sədaları ilə dövrə vurulub, bayramlara həsr olunmuş maraqlı kompozisiyalar nümayiş edilib. Olduqca maraqlı və əyləncəli şəraitdə keçən şənlik uşaqların böyük sevincinə səbəb olub.
Tədbirin sonunda uşaqlara yeni il hədiyyələri təqdim edilib.