Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı.

12 dekabr 2016 | 16:00

Ümummilli lider Heydər Əliyevin anım günü Sumqayıtda da qeyd olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri,  hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların əməkdaşları, veteranlar, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parkda Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan tarixinin son 35 ilə yaxın bir dövründə ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada xalqımızın müdrik oğlu Heydər Əliyevin möhtəşəm quruculuq amallarının yadigarları olmasın. Sumqayıtda sənayenin, elmin və təhsilin, sosial həyatın coşğun inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib. Burada keçmiş ittifaqda metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin aparıcı müəssisələri yaradılmış, yeni mikrorayonlar, yaşayış məhəllələri salınmışdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclik və sənaye şəhəri olan Sumqayıta çoxsaylı səfərləri zamanı sənaye müəssisələrinin açılışlarında iştirak edib.
Sumqayıt bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, regionun sənaye mərkəzinə çevrilir.
Mərasimin sonunda Ulu Öndərin anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.

Keçidlər