Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü qeyd olunub.

19 noyabr 2016 | 16:00

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24-cü ildönümü münasibətilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, partiya fəalları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, partiyanın ötən dövr ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizdə qazanılan uğurlarda Yeni Azərbaycan Partiyasının mühüm rol oynadığını diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının Azərbaycanda siyasi əqidənin əsasını qoyduğunu, təsis olunduqdan sonra bütün siyasi qüvvələri birləşdirdiyini, ölkədə siyasi stabillik yaratdığını, Azərbaycanı çətin dövrlərdə parçalanmadan xilas etdiyini və ölkəmizin inkişafına misilsiz töhfə verdiyini qeyd edib.
Z.Fərəcov Ümummilli Liderin əsasının qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə çevrildiyini qeyd edib.
YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev təşkilatın yaranma tarixi, keçdiyi yol, ötən 24 il ərzindəki fəaliyyəti barədə məruzə ilə çıxış edib. A.İmaməliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əzmkar fəaliyyətinin Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, günü-gündən sıraları durmadan genişlənən YAP-nın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdiyini vurğulayıb.
Digər çıxış edənlər,  Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən danışıblar.

Keçidlər