Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib .

09 noyabr 2016 | 16:00

Dövlət Bayrağı Günü münasibəti ilə  Sumqayıtda şəhərində ümumşəhər bayramı keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının nümayəndələri,  millət vəkilləri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, “N” saylı hərbi hissənin əsgərləri və minlərlə şəhər sakini iştirak edib.
Şəhər icmiaiyyətinin nümayəndələri, o cümlədən gənclər və  ümumtəhsil məktəblilərinin şagirdləri 3 istiqamətdən-Sumqayıt Bulvarından, Heydər Əliyev Mərkəzindən və Heydər Əliyev prospektindən Bayraq Meydanına doğru yürüş ediblər.
Tədbirdə dövlət bayrağının rəmzi mənalarına toxunulub, onun milli-mənəvi dəyərlərindən söz açılıb. Bildirilib ki, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeridir.
Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.

Keçidlər