Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyətinin 2016-cı ilin doqquz ayında şəhərin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi.

14 oktyabr 2016 | 16:00

Sumqayıt şəhərində Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş  iclasından irəli gələn məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub. 9 ayda Sumqayıtda mühüm, genişmiqyaslı infrosturuktur layihələr həyata keçirilib, bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra olunub.
       Bu barədə yenicə təmirdən cıxan Sumqayıt Dövlər Dram Teatrın konfrans zalında kecən hesabat yığncağında Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat verib. Qeyd edilib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün də uğurlu olub, insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmiş bir çox infrastruktur layihələr, abadlıq və quruculuq işləri həyata keçirilib, yeni iş yerləri açılıb.
       Sənaye məhsulunun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 78 faiz artaraq 543,9  milyon manat olub. Hesabat dövründə ümumdaxili məhsul istehsalı xidmətlərin həcmi 837,3 milyon manat təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 258,2 milyon manat və 44,6 faiz çox məhsul istehsal olunub. Ümumdaxili məhsulun istehsalında qeyri-dövlət sektorunun payı 80 faizi ötüb. İlin əvvəlindən şəhər üzrə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 600 milyon manat vəsait yönəldilib. Həyata keçirilən tədbirlər nəticəsində 6132  yeni iş yerləri açılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çox olub.
     Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yerlərdə yeni iş yerlərinin, istehsal sahələrinin ixracyönümlü istehsalın yaradılması yerli İcra hakimiyyətlərinin qarşısına bir vəzifə olaraq qoyulub. Regionların sosial iqtisadi inkişafına böyük diqqət yetirən prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində rüb ərzində Sumqayıtda əsaslı və kompleks yenidənqurma işləri görülüb. Heydər Əliyev və Azərbaycan küçələrində yerləşən, memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən yaşayış binalarının fasadları və eyvanları da yüksək zövqlə üzlənib. Heydər Əliyev Mərkəzi , Şahmat və Musiqi Məktəbi ölkə başçısnın iştirakı ilə istifadəyə verilib. Ulu öndərin adını daşıyan parkda da yenidənqurma işləri aparılıb, ərazisi 8 hektardan 10 hektara artılıb. Parkda 200 dən çox müasir işıq dirəkləri, oturacaqlar quraşdırılıb, ağac və gül kolları əkilib, Bayraq Meydanı tikilib.
     Rüb ərzində şəhərdə yol nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində kompleks tədbirlər davam etdirilib. Sülh küçəsi boyunca “Göyərçin” abidəsinə doğru ümumi uzunluğu 5,2 kilometr olan ikitərəfli yol və Corat qəsəbəsindən Novxanı istiqamətində uzunluğu 7,5  km  olan Sahil küçəsində də yenidənqurma işləri yekunlaşıb, hər iki yolun ətrafı abadlaşdırılıb. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıtın yeni Dənizkənarı Bulvarı sakinlərin istifadəsinə verilib.
     Hesabat dövründə əhaliyə elektrik enerjisi, su, təbii qaz verilməsi və digər kommunal xidmətlərin göstərilməsinin daha da yaxşılaşdırılması, payız-qış mövsümündə əvvəlki illərdə narahatlıq yaradan problemlərin həlli istiqamətində bir sıra zəruri  tədbirlər həyata keçirilib.Yığıncaqda təhsil, səhiyyə, sənaye sahələrindəki vəziyyət ətraflı təhlil edilib.
     Məruzə və çıxışlarda qazanılmış uğurlardan, həyata keçirilən layihələrdən ətraflı söhbət açılıb, işdə yol verilən nöqsanlar təhlil edilib, mövcud problemlərlə bağlı təkliflər səsləndirilib.
     Hesabat yığıncağının sonunda Prezident cənab İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər