Sumqayıt şəhərində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub.
5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Sumqayıtda yerləşən “ Park Palace “- ın ziyafət zalında şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov əlamətdar gün münasibəti ilə müəllimləri təbrik edərək, yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsi işində onlara daha böyük uğurlar arzulayıb.
Zakir Fərəcov çıxışında Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində şəhərin təhsil müəssisələrinin uğurları barədə məlumat verib.
Tədbirdə çıxış edən ziyalılar Sumqayıt müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Təhsildə fərqlənən bir qrup qabaqcıl müəllimlər Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri ilə mükafatlandırılıblar.
Tədbir konsert proqramı ilə başa çatıb.