Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı “İnter Textile” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olub.

27 iyul 2016 | 16:00

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “İnter Textile” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olub.
    Yerli istehsalla tanış olan şəhər rəhbərinə bildirilib ki, müəssisə 1974-cü ildə “Sumqayıt Üst Trikotaj Fabriki” kimi təsis edilib, 2000-ci ildə “Sumqayıt Trikotaj” Açıq Tipli Səhmdar Cəmiyyəti və 2008-ci ildən “İnter Textile” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətini davam etdirir. 2008-ci ildə başlayan təmir-tikinti və yenidənqurma işləri 2010-cu ildə başa çatmış, 2011-ci ildən fabrik yenidən fəaliyyətə başlayıb. Bir neçə istehsal sahələri olan fabrikdə hal-hazırda 500-dən çox işçi çalışır.
    Quraşdırılmış texnoloji maşınlar Almaniya, İtaliya və İsveçrə istehsalıdır. Mövcud avadanlıqların illik istehsal gücü 3500-4000 ton təkqat iplikdir. Bunula yanaşı illik istehsal gücü 1500-2000 ton olan ipliklərin cütləmə-burma sahəsi də fəaliyyət göstərir. İstehsal edilən ipliklərin 99 %-i Türkiyə, Almaniya, Portuqaliya, Belçika, Bolqarıstan, Polşa, Misir və Rusiyaya ixrac olunur.
    Qeyd olunub ki, iplik istehsalından yaranan ilkin tullantıların bir hissəsini təkrar emalda istifadə edilməsi və istehsalın səmərəliliyini artırmaq məqsədilə fabrikdə müasir avadanlıqları quraşdırılıb. Bu avadanlıqların köməyi ilə ilkin tullantıların 50 %-ə qədəri yenidən pambıq mahlıcı kimi istehsala qaytarılır. 
    Trikotaj məhsullarının istehsalı sahəsində əsasən Türkiyədən gətirilən akril ipliklərdən və öz fabrikimizin istehsalı olan sonradan boyanmış pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları istehsal edilir, tam avtomatlaşmış trikotaj toxuma avadanlıqları quraşdırılıb. Avadanlıqların illik istehsal gücü, toxunan modeldən asılı olaraq 60-100 min arasındadır.
    Fabrikdə xüsusi işçi geyimləri və məktəbli formasının tikişi sahəsində yerli istehsal olan və xaricdən idxal edilən parçalardan istifadə edilməklə bütün sahələri əhatə edən yüksək keyfiyyətli qeyimlər istehsal olunur.
    Fabrikdə xalça istehsalı sahəsi də mövcuddur. Burada bitki mənşəli boyalardan istifadə etməklə Azərbaycanın bütün xalçaçılıq məktəblərinin çeşnələrini görmək olar.

Keçidlər