Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində 2016-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

15 iyul 2016 | 16:00

İyulun 15-də Sumqayıt şəhərində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
      Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açaraq bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub.
       Qeyd olunub ki, hesabat dövründə həyata keçirilən tədbirlər nəticəsində ilin birinci yarısında şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi 560  milyon manat və ya 151,4 % təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 140 milyon manat və ya 51,4 % çox məhsul istehsal olunmuş və xidmət göstərilmişdir. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 66 milyon manat vəsait yönəldilmişdir. Kapital qoyuluşu əsasən inşaat işləri davam etdirilməkdə olan yeni sənaye sahələri tərəfindən cəlb edilmişdir. Sənaye məhsulunun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 53,3 % artaraq 291 milyon manat olmuş, sənaye məhsulu istehsal 101 milyon manatdan çox artmışdır. Ümumdaxili məhsulun tərkibində qeyri dövlət sektorunun payı isə 85 %-dən çox təşkil etmişdir.
      Həyata keçirilən tədbirlər nəticəsində 3987 yeni iş yerləri açılmlşdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çox olmuşdur.
     Diqqətə çatdırılıb ki, şəhərdə 300 binanın dam örtüyünün təmir olunmasına vəsait ayrılması üçün sərancam imzalamışdır. Şəhərdə 11 mikrorayon və 10 məhəllə ərazisində 200 binanın dam örtüyünün yenidən qurulması işləri başa  çatdırılıb və növbəti 100 ədəd binanın dam örtüklərinin təmiri işləri yekunlaşmaq üzrədir.  Ölkə rəhbərinin sərəncamı ilə Sumqayıt şəhərində çoxmərtəbəli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə vəsait ayrılması növbəti dəfə onun sumqayıtlılara olan diqqət və qayğısından xəbər verir. Ayrılmış vəsait hesabına 200 ədəd lift yenisi ilə əvəz olunur və bu sahədə yaxın dövr üçün əhalinin problemləri tam həll olunacaq. Artıq sonuncu liftlərin quraşdırılması üzrə işlər aparılır. 
       Bundan əlavə, Heydər Əliyev və Azərbaycan küçələrində yerləşən, memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən yaşayış binalarının fasadları və eyvanları yüksək zövqlə üzlənib, 43 yaşayış binasının fasadının rənglənməsi işləri başa çatdırılmış, 38 binada isə işlər davam etdirilir. “Heydər  Əliyev Mərkəzinin“, Şahmat və Musiqi məktəblərinin binalarının tikinti işləri yekunlaşır, Sumqayıt  Dövlət  Dram Teatrının əsaslı təmiri başa çatmışdır. İlin birinci yarısında şəhərdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində kompleks tədbirlər davam etdirilib. Sülh küçəsi boyunca ümumi uzunluğu 4 km, eni 14 m olan ikitərəfli yolda tikinti işləri yekunlaşmaq üzrədir.
     Ümumi sahəsi 106 ha, uzunluğu 4,2 km olan Sumqayıtın yeni Dənizkənarı Bulvar Kompleksində və Sahil parkında istinad divarı tikilib, 4200 km uzunluğunda yolun özülü tikilmiş, yerə tamet döşənmişdir.
Hesabat məruzəsi ətrafında çıxış edənlər bildirdilər ki, cari ilin birinci yarısında həyata keçirilən layihələr, qazanılan uğurlar ili layiqincə sona çatdırmaq üçün etibarlı zəmin yaradır.
    Hesabat yığıncağında Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər