Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda dövlət qulluqçularının peşə bayramı qeyd olundu.

23 iyun 2016 | 16:00

Sumqayıt Şəhər icra Hakimiyyətində 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı qeyd olunub.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərinə ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan icra başçısı bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Qeyd edildi ki, Dövlət qulluqçularının peşə bayramı münasibətilə Azərbaycan Prezidentinin Sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin  sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Hacıyeva Təranə Sabir qızı “Tərəqqi”, vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun məsləhətçisi Şəfiyeva Sevil Həsən qızı isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna şəhər İcra Hakimiyyətinin fəxri fərmanları  təqdim edilib.

Keçidlər