Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olundu.

17 iyun 2016 | 16:00

17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar Sumqayıtda yerləşən “Park Palace “- ın ziyafət zalında şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə  şəhərin səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak etmişlər.
      Tədbirin əvvəlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sumqayıtda səhiyyə işçiləri ilə unudulmaz görüşündən videokadrlarlar nümayiş etdirilmişdir.
      Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov əlamətdar gün münasibəti ilə bütün səhiyyə işçilərini təbrik edərək  onlara ən xoş arzularını bildirmiş və şərəfli işlərində uğurlar arzulamışdır. Bildirmişdir ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Dövlət başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondu diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.
    Həmçinin  Zakir Fərəcov Sumqayıtın qabaqcıl tibb işçilərinin bir qrupuna icra hakimiyyətinin fəxri fərmanlarını təqdim etmişdir.
    Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əməkdar həkim adına layiq görülmüş U.Musabəyova adına Sumqayıt Oftalmoloji Xəstəxanasının baş həkimi İradə Əliyeva fəxri ada görə minnətdarlığını ifadə etmiş, digər çıxış edənlər isə diqqət və qayğıdan məmnunluqlarını bildirmiş və bundan sonra da əhalinin sağlamlığı keşiyində yüksək məsuliyyətlə dayanacaqlarını söyləmişlər.
    Tədbir respublikanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etmişdir.

Keçidlər