Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun-Milli Qurtuluş Günü münasibətilə Sumqayıt şəhərində bayram konserti keçirildi.

15 iyun 2016 | 16:00

15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil edilib.
Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri , şəhər ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak edib.
Tədbirdə Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Heydər Əliyevin misilsiz xidmətlərindən danışılıb.
Qeyd edilib ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin qayıdışı təkcə Heydər Əliyev ömrünün deyil, həm də bütün tariximizin xüsusi mərhələsi, əsaslı dönüş nöqtəsidir. Bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı. Belə məqamda xalq Heydər Əliyevə pənah aparıb, onu ikinci dəfə hakimiyyətə gətirdi. Taleyini bu dahi şəxsiyyətə etibar edən xalq, nəhayət azad nəfəs aldı. Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq onun xilaskarlıq missiyası önə çəkilir. Dahi şəxsiyyət Heydər Əliyev uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. Məhz onun xidmətləri sayəsində Azərbaycanda dövlət müstəqilliyinin əsasları gücləndirildi. Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsində öz yerini qorudu və möhkəmləndirdi. Ümummilli lider Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasət və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün respublikamızı, beynəlxalq aləmdə söz sahibinə çevirir, mövqelərini daha da möhkəmləndirir.
Konsert proqramından sonra, bayram tədbiri möhtəşəm atəşfəşanlıqla sona çatıb.

Keçidlər