Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda 9 May-Qələbə Günü ilə əlaqədar tədbir keçirildi.

09 may 2016 | 16:00

Sumqayıtda mayın 9-da İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 71-ci ildönümü geniş qeyd olunub.
     Tədbirdə şəhər icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
     Tədbirin əvvəlində 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə önünə əkili və gül dəstələri düzülüb.
     Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov veteranlarla görüşüb, onları faşizm üzərində əldə olunmuş qələbə münasibəti ilə  təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
     Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq öz xatirələrindən söz açıb, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
     İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman unudulmaqda olan 9 May - Qələbə gününün yenidən dövlət bayramları sırasına daxil edildi və bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb.
    Sonda Qələbə Günü münasibətilə keçirilən paradda Milli Ordunun “N” saylı hərbi hissəsinin əsgərləri, “Şahin” hərbi-idman oyununda təmsil olunan şəhər məktəblərinin üç mindən çox şagirdi hərbi orkestrin müşayiəti ilə yürüş ediblər. Yürüş Sumqayıtın on minlərlə sakini tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər