Şriftin ölçüsü :

Saytın rəngi :

“Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turunun Sumqayıt mərhələsi keçirildi.

04 may 2016 | 16:00

Mayın 4-də Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016" veloyürüşünə start verilib. İlk yarış günü iştirakçılar Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhərinədək 154 kilometr məsafə qət ediblər.
Məsafəni hamıdan tez başa vuran Almaniyanın "Bora-Argon 18" peşəkar kontinental komandasının üzvü Fil Bauhauz 3 saat, 34 dəqiqə, 19 saniyə göstərici ilə mərhələnin qalibi olub. ABŞ-ın "İlluminate" komandasının üzvü Skott Sanderlend və Birləşmiş Ərəb Əmirliklərinin "Nəsr Dubay" klubunun nümayəndəsi Luka Vakerman müvafiq olaraq 2-3-cü yerləri tutublar. Azərbaycanın "Synergy Baku" komandasının üzvləri Yannis  Tamuridis, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Kiril Pozdnyakov və Elçin Əsədov da mərhələni ilk pelotonda başa vurublar.
Qaliblərə mükafatları Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov təqdim ediblər.

Keçidlər