Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati xətalar haqqında işlərə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər

 

 

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının
183 №-li, "18" may 2021-ci il tarixli
Sərəncamı ilə  təsdiq edilmişdir

 

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında
işlər üzrə Sumqayıt şəhər İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin
  

S İ Y A H I S I             

 

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Sumqayıt şəhər İcra Hakimiyyəti (bundan sonra – Şəhər İcra Hakimiyyəti) adından aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 190-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, hüquq şöbəsinin müdiri, başçının sahə inzibati ərazi idairəsi üzrə nümayəndələri.
2. Məcəllənin 251.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, hüquq şöbəsinin müdiri,  başçının sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri.
3. Məcəllənin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq social xidmət göstərən Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, hüquq şöbəsinin müdiri, başçının sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri.
4. Məcəllənin 413-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, hüquq şöbəsinin müdiri, ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini- dini qurumlarla işin təşkilatçısı, başçının sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri.
5. Məcəllənin 451-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol inzibati xətanı aşkar etmiş Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, hüquq şöbəsinin müdiri, ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı, başçının sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri.
6. Məcəllənin 516.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, hüquq şöbəsinin müdiri, ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı, başçının sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri.
7. Məcəllənin 527-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına münasibətdə təqdimatı vermiş:
7.1. Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, hüquq şöbəsinin müdiri;
7.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara münasibətdə Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, hüquq şöbəsinin müdiri.
8. Məcəllənin 530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
8.1. inzibati xətalar haqqında işlər üzrə icraat Şəhər İcra Hakimiyyətində aparılarkən Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, hüquq şöbəsinin müdiri;

8.2. inzibati xətalar haqqında işlər üzrə icraat yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən aparılarkən Şəhər İcra Hakimiyyəti adından – Şəhər İcra Hakimiyyətinin başçısı, başçının müavinləri, hüquq şöbəsinin müdiri.  

Keçidlər