Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun H.Zeynalabdin qəsəbə sakinləri ilə görüşü keçirilib

25 noyabr 2015 | 16:00

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov şəhərimizə rəhbər təyin olunduğu gündən şəhərin bütün məhəllə və mikrorayonlarının, qəsəbələrin o cümlədən təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, şəhər təsərrüfatının və bir çox strukturların vəziyyəti ilə yaxından tanış olmuş, şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri, xüsusilə də şəhərin ağsaqqaları, fəal gəncləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri ilə görüşlər keçirmişdir. Növbəti görüşlərdən biri də 24.11.2015-ci il tarixdə Hacı Zeynalabdin qəsəbəsində olmuşdur. Qəsəbədə yerləşən 6 saylı tam orta məktəbdə keçirilən görüş zamanı Zakir Fərəcov təyin olunduğu gündən Sumqayıt şəhərində  irimiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, təhsil, səhiyyə və digər sahələrdə mövcud olan neqativ halların aradan qaldırılması istiqamətində ciddi işlərin görüldüyünü qeyd etməklə, şəhərdə həyata keçirilməsi nəzərdə tutulan inkişaf  perspektivləri barədə geniş məlumat vermişdir. Eyni zamanda İcra başçısı qəsəbədə mövcud problemlərə də toxunmuşdur. Belə ki, qəsəbədəki  Mədəniyyət evi keçən əsrin ortalarında istismara verildiyindən, 4 saylı uşaq poliklinikasının qəzalı vəziyyətə düşdüyündən, onların əsaslı təmirə və qəsəbədə İdman Kompleksinin inşasına böyük ehtiyacın olduğunu vurğulamışdır.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov  qəsəbə sakinləri ilə birbaşa səmimi dialoq zamanı sakinlərin problemlərini diqqətlə dinlənilmiş,  vətəndaşların müraciətlərinə operativ münasibət bildirilmişdir. Sakinlərlə görüş zamanı şəhid ailəsinin fərdi evinin tikintisində sənədləşməylə bağlı problem, H.Zeynalabdin qəsəbəsində “Şirvan dəmiryol” yaşayış massivində əvvəllər Azərbaycan Dövlət Dəmiryolları QSC-yə məxsus və hal-hazırda İcra Hakimiyyətinin balansına verilmiş xidməti mənzillərin sənədləşdirilməsi məsələsi və ərazidə yeni elektrik transformatoru quraşdırılmaqla, yaşayış massivindəki elektrik enerjisinin verişində mövcud problemlərinin həll olunmasına dair tapşırıqlar vermişdir. Qəsəbə sakinləri şəhərin rəhbəri ilə dialoqda fəal iştirak etmişlər, Hacı Zeynalabdin qəsəbəsinin “Şirvan dəmir yol” yaşayış massivində uşaq bağçasının istilik sisteminin və dam örtüyünün yenidən qurması ilə bağlı İcra Hakimiyyətinin başçısına öz təşəkkürlərini bildirmişlər.
Görüş sonrası Zakir Fərəcov 6 saylı tam orta məktəbin şagirdləri ilə görüşmüş, onların təhsil səviyyəsi və tədris şəraiti ilə maraqlanmışdır. İcra Hakimiyyətinin başçısı  Sumqayıt şəhərində və xüsusilə də Hacı Zeynalabdin qəsəbəsində şagirdlərin ali məktəblərə qəbul olunma səviyyəsinin qənaətbəxş olmadığını vurğulamaqla gələcək illərdə ali məktəblərə qəbul faizinin artırılması ilə bağlı məktəbin direktoru və müəllim heyətinin qarşısında xüsusi vəzifələr qoymuşdur.

Keçidlər