Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd olundu.

05 oktyabr 2015 | 15:00

5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Sumqayıtda yerləşən “ Park Palace “- ın ziyafət zalında şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Sumqayıt şəhər ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin kollektivləri iştirak etmişlər. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov əlamətdar gün münasibəti ilə müəllimləri təbrik edərək yeni təhsil ilində onlara uğurlar arzulamışdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğını bu gün cənab Prezident İlham Əliyev və Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam elətdirdiyi bildirilmişdir. Tədbirdə cənab Prezident İlham Əliyevin “Təhsil cəmiyyəti irəli aparan amildir, intellektual potensial bu gün və xüsusilə gələcəkdə hər bir ölkənin inkişafını müəyyən edəcəkdir.” fikri önə çəkilmişdir. Sonda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə “ Azərbaycan Respublikası Əməkdar Müəllim” adına və “ Tərəqqi “ medalına layiq görülən təhsil işçilərinə və pedoqoji fəaliyyətində uğur qazanmış müəllimlərə fəxri fərmanlar və hədiyyələr təqdim etmişdir. Tədbir iştirakçılarına çay və şirniyyat süfrəsi açılmış və tədbir konsert proqramı ilə başa çatmışdır.

Keçidlər