Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtın şəhər statusu almasının 72-ci ildönümü qeyd edildi

22 noyabr 2021 | 16:00

Sumqayıtın şəhər statusu almasının 72-ci ildönümü qeyd olunub. Sumqayıt şhər Muğam Mərkəzində keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın şəhər statusu almasının 72-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını və şəhər sakinlərini təbrik edib. Şəhər rəhbəri qeyd edib ki, şəhərimizin 72-ci ildönümü Azərbaycan Respublikasının düşmən üzərində qələbəsinin birinci ildönümünə təsadüf edir. Bu qələbəni bizlərə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusu yaşatmışdır.

Vurğulanıb ki, bu gün Sumqayıt sürətlə inkişaf edir, yeniləşir, dəyişir, abadlaşır. Bütün bunlar Ulu öndər Heydər Əliyevin şəhərimizə olan sonsuz diqqətinin, Dahi liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənablarının Sumqayıt şəhərinə və sumqayıtlılara olan qayğısının nəticəsidir.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.

Keçidlər