Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib

17 oktyabr 2021 | 16:00

Sumqayıt şəhərində qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib. Sonra gündəlikdə duran məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini – şəhər fövqəladə hallar komissiyasının sədri Teymur Səmədov gündəlikdə duran məsələlər, qış mövsümünə hazırlıqla bağlı şəhər təsərrüfatında görülmüş işlər və həllini gözləyən məsələlərlə bağlı ətraflı məlumat verib.

Qeyd olunub ki, şəhər təsərrüfatının qış mövsümünə hazır olması, əhalinin istilik, elektrik enerjisi, təbii qaz və içməli su ilə fasiləsiz təmin edilməsi üşün Şəhər İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb və bu tədbirlərin icrası istiqamətində bir sıra işlər görülüb.

Bildirilib ki, son bir neçə il ərzində Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri nəticəsində şəhər əhalisinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və su ilə təmin edilməsi üçün mühüm işlər görülüb, müasir infrastruktur yaradılıb.

Vurğulanıb ki, bu gün əlaqədar qurumların qarşısında duran əsas vəzifə mövcud infrastrukturdan səmərəli istifadə edərək payız-qış mövsümünə hazırlıq işlərini vaxtında və yüksək keyfiyyətlə başa vurmaqdır.

Tədbirdə aidiyyəti qurumların rəhbərlərinə qışa hazırlığı sürətləndirmək, mövcud problemləri qısa müddət ərzində aradan qaldırmaqla bağlı tapşırıqlar verilib.

Tədbir zamanı texnikalara baxış keçirilib.

Keçidlər