Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov Almaniya nümayəndə heyəti ilə görüşüb

24 avqust 2021 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov Almaniya nümayəndə heyətini qəbul edib. Görüşdə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) Qafqaz üzrə regional direktoru Xiristof Bayer, Held-Şəhərlər Şəbəkəsi Layihəsinin Meneceri xanım Rahel Frayst və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının Azərbaycan üzrə ölkə direktoru xanım Karin Hörhan iştirak edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Zakir Fərəcov nümayəndə heyətinə Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Şəhər rəhbəri  qeyd edib ki, Sumqayıt şəhəri 1977-ci ildə Almaniyanın Lüdviqshafen şəhəri ilə qardaşlaşıb.  Vurğulanıb ki, Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıt şəhəri arasındakı əlaqələr iki xalq arasındakı münasibətlər üçün də möhkəm bünövrə təşkil edib.

Vurğulanıb ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının  texniki dəstəyi ilə həyata keçirilən tədbirlər Sumqayıt şəhərinə aktual problemlərin həll edilməsində dəstək göstərib və göstərməkdədir.Bununla yanaşı bu dəstək həmçinin Luqviqshafen və Sumqayıt arasında olan dostluq əlaqələri daha da canlandırır və dərinləşdirir.

Şəhərlər Şəbəkəsi çərçivəsində həyata kecirilən tədbirlər sahəsində partnyor şəhərin müxtəlif sahələr üzrə  tecrübəni ekspertlər dəstəyi ilə səmərəli istifadə etmək mümkün olmuşdur.

Qeyd olunub ki, əvvəlki illərin təcrübəsinə əsaslanaraq, partnyor şəhərin ekspertlərin  peşəkar dəstəyi ilə məişət tullantıların idarəedilməsi, çirkləndirilmiş ərazilərin kadastrı, ekoloji tərbiyə, şəhər hərəkətliliyi, mənzil fondunun idarəedilməsi və digər mövzular ətrafında birgə müzakirə aparılıb.

Bildirilib ki, birgə iş nəticəsində əldə edilən təcrübə təkcə Sumqayıt şəhərinin deyil, Azərbaycanın digər şəhərlərinin daha da inkişafı üçün faydalı ola bilər.

 

Keçidlər