Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Beynəlxalq Ailə Gününə həsr edilmiş tədbir keçirilib

05 may 2021 | 16:00

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 15 may – Beynəlxalq Ailə Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədi ilə yaradılan monitorinq qrupunun sədri Ülviyyə Müzəffərova bildirib ki, beynəlxalaq ailə gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir.

Vurğulanıb ki, bununla beynəlxalq səviyyədə ailələr,onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulub. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse prezident Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapıb. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür.

Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin böyük məsləhətçisi Qismət Qasımov, Sumqayıt şəhər Veteranlar Şurasının sədri Sovet Şükürov, Qadın təşəbbüsü və Sosial Problemlerin Hallina Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva, Sumqayıt şəhər Gənclər və idman baş idarəsinin rəisi Elgün Hümbətov, Təhsil Şöbəsinin nümayəndəsi Gülbahar Haqverdiyeva mövzu ilə bağlı çıxışlar ediblər. Sonda videoçarxa baxılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Keçidlər