Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov “ATATÜRK” Beynəlxalq Mükafatına layiq görülüb

27 aprel 2021 | 16:00

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu “ATATÜRK” Beynəlxalq Mükafatına layiq görüb və Böyük Qızıl Ulduz medalı ilə təltif edib.

Azərbaycan Respublikasının sosial-iqtisadi, mədəni və elmi potensialının inkişafı, eləcə də Türkdilli dövlətləri ilə münasibətlərin inkişafında göstərdiyi xidmətlərinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin 29 mart 2021-ci il tarixli, 3 saylı qərarı ilə “ATATÜRK” Beynəlxalq Mükafatına layiq görülmüş və Akademiyanın Böyük Qızıl Ulduz medalı ilə təltif olunmuşdur.

Keçidlər