Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov ağacəkmə aksiyasında iştirak edib

24 aprel 2021 | 16:00

Hər il Sumqayıt şəhərində ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində genişmiqyaslı ağacəkmə kampaniyası keçirilir. Artıq bir neçə həftədir davam edən ağacəkmə kampaniyası bu gün də Bulvar ərazisində davam etdirilib. Aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə,müəssisə,təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Bulvar ərazisi ilə yanaşı şəhərin digər ərazilərində də gün ərzində ümumilikdə 10 minə yaxın müxtəlif növdə həmişəyaşıl ağaclar,50 min gül və dekorativ kollar əkilib.

Aksiya çərçivəsində abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Keçidlər