Şriftin ölçüsü :

Saytın rəngi :

“Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində Sumqayıtdakı şəhid ailələrinə ərzaq yardımı edilib

16 fevral 2021 | 16:00

Azərbaycan Türkiyə İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) dəstəyi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində Sumqayıtdakı şəhid ailələrinə sovqatların çatdırılmasına başlanılıb.

TÜİB-dən verilən məlumata görə, 43 saylı Sumqayıt şəhər 3-cü seçki dairəsinin deputatı Emin Hacıyevin təşkilatçılığı ilə həmin dairəni əhatə edən şəhid ailələrinə sovqatların çatdırılması üçün Sumqayıta səfər edən qonaqları deputat Emin Hacıyev və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının l müavini Teymur Səmədov qarşılayıblar.

Emin Hacıyev bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Azərbaycandakı səfiri Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, Milli Məclisin deputatı Ramil Həsənə, qardaş Türkiyə Respublikasının dövlət və hökumət adamlarına, layihənin həyata keçirilməsində xidmətləri olan hər kəsə dərin minnətdarlığını bildirib.

Daha sonra Emin Hacıyev, Teymur Səmədov və qonaqlar 43 saylı Sumqayıt şəhər 3-cü seçki dairəsinindən torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ailə üzvlərinə baş çəkib, sovqatlar çatdırıblar.

Deputat görüş zamanı şəhid ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanıb, təklif və müraciətlərini dinləyərək aidiyyəti qurumlarla birgə həll olunacağını bildirib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət dilənib.

Şəhid ailələrini ziyarət sabah davam edəcək.

Keçidlər