Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

12 dekabr 2020 | 16:00

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Anım mərasiminin iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.

Vurğulanıb ki, Sumqayıt ötən əsrin 40-cı illərində salınsa da, məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərində sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayesinin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində ulu öndərin əvəzsiz xidmətləri danılmaz bir faktdır. Rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin yaddaşında böyük tarixi hadisə olmuşdur. Ulu öndərin uğurlu və uzaqgörən siyasəti, verdiyi tövsiyə və tapşırıqlar şəhərin sosial-iqtisadi inkişafına böyük təkan vermiş, qurub yaratmağa yüksək həvəs, gələcəyə böyük inam yaranmışdır.

Qeyd olunub ki, son 17 ilin mənzərəsi göstərir ki, ulu öndər Heydər Əliyevin arzuları reallığa çevrilir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Sumqayıt inkişaf edərək iri sənaye mərkəzlərindən birinə çevrilmişdir. Dövlət başçısının hər səfəri şəhərin yüksəlişində yeni mərhələnin əsasını qoyub, yeni inkişaf planlanının həyata keçirilməsinə təkan verib.

Keçidlər