Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda gənclər pandemiyaya qarşı mübarizədə fəal iştirak edirlər

26 avqust 2020 | 16:00

Sumqayıt şəhərində COVID-19 pandemiyasına qarşı mübarizə üçün yaradılmış mobil qruplar Operativ Qərargahın müəyyən etdiyi qaydalar əsasında şəhərin ayrı-ayrı küçələrində, xüsusilə, vətəndaşların sıx hərəkət etdiyi yerlərdə maarifləndirmə işləri aparırlar.
Sumqayıt şəhərində yaradılmış mobil qruplara Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin könüllüləri də qoşulublar.
Gənc könüllülər və əməkdaşlar ərazilərdə sosial məsafənin qorunması, tibbi-gigiyenik vasitələrin və maskaların istifadəsinin zəruriliyi barədə maarifləndirici söhbətlər aparır, vətəndaşların hərarətini yoxlayır.

Keçidlər