Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

06 iyul 2020 | 16:00

Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə  dezinfeksiyaedici tədbirlər həftəsonları daha da gücləndirilmiş şəkildə davam etdirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur. Bu həftəsonu da Sumqayıt şəhərində dezinfeksiya işlərinə Daxili Qoşunların texnikaları cəlb olunub. Küçə və prospektlər dezinfeksiyaedici məhlullarla yuyulub.
Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənib.
Dezinfeksiya işləri şəhərin kənar hissələrindəki yaşayış məskənlərində də həyata keçirilir. “Stansiya Sumqayıt”, “Yaşıl dərə” yaşayış məskənlərində yollar dezinfeksiya edici məhlullarla yuyulub.

 

Keçidlər