Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərinin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilir

17 may 2020 | 16:00

Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Qərara əsasən 18 may 2020-ci il saat 00:00-dan etibarən bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürüləcək.
Bununla əlaqədar olaraq Sumqayıt şəhərində park və xiyabanlar əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilir. Belə ki, sözügedən ərazilərdə təmizlik işləri aparılıb, xüsusi karantin rejimi dövründə götürülən oturacaqlar yerlərinə qaytarılıb və həmçinin, şəhərin bulvar, park və istirahət məkanlarında dezinfeksiya işləri həyata keçirilib.

Keçidlər