Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir

25 mart 2020 | 16:00

Sumqayıtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Şəhər ərazisində Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən xüsusi ayrılmış kommunal texnikalar gündəlik olaraq dezinfeksiya proseslərini həyata keçirir.

Şəhərin mərkəzi hissəsindən başlayaraq texnikalar vasitəsilə yollar yuyulub.

Qeyd edək ki, dezinfeksiya işləri gündəlik olaraq olaraq axşam saatlarında 22:00-dan başlayaraq aparılır.

Bundan əlavə, mütəmadi olaraq yaşayış binalarının həyətlərində, blokların girişlərində, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılacaq.

Eyni zamanda əhalinin daha çox istifadə etdiyi ictimai nəqliyyatda da dezinfeksiya işləri aparılıb. Avtobusların daxili və xarici hissələri dezinfeksiya edilib.

Keçidlər