Şriftin ölçüsü :

Saytın rəngi :

Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zaxari Qross Sumqayıt şəhərinə səfər edib

21 fevral 2020 | 16:00

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zaxari Qross Sumqayıt şəhərində səfərdə olub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Sumqayıtın tarixi haqqında , sosial-mədəni, iqtisadi inkişafından danışılıb. Son illərdə Sumqayıt şəhərində həyata keçirilən layihələr, yenidənqurma işləri barədə məlumat verilib.

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zaxari Qross Sumqayıt şəhərinə səfərindən məmnunluğunu ifadə edib, şəhərin gözəl görünüşünün onda xoş təsüratlar yaratdığını qeyd edib. Səfir bildirib ki, Fransa Azərbaycan əlaqələri üçün bu gün önəmli bir gündür. Çünki iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il fevralın 21-də qurulub. Fransa, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. Fransa səfiri Azərbaycanda Türkiyə səfirindən sonra rəsmi fəaliyyətə başlayan ikinci diplomat olmuşdur.

Görüşdə Fransanın hər hansı bir şəhəri ilə Sumqayıt arasında qardaşlıq əlaqələrinin qurula biləcəyi vurğulanıb. Gələcəkdə tələbə mübadiləsi, müxtəlif sahələrdə təlim proqramlarının təşkili, mədəni tədbirlərin həyata keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq əlaqələrinin qurulması prespektivləri müzakirə olunub.

Keçidlər