Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtın 70 illiyi ilə bağlı daha bir tədbir qeyd olunub

14 noyabr 2019 | 16:00

Sumqayıt Kimyaçı Mədəniyyət Sarayında Sumqayıt şəhər Ağsaqqallar Şurasının, Şəhər Veteranlar Şurasının, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə şəhərin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə iştirakçılar foyedə  şəhərin tarixini, bu gününü əks etdirən əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Akt zalında davam edən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, gənclər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov  tədbir iştirakçılarını və şəhər sakinlərini Sumqayıtın 70 illik yubileyi münasibəti ilə təbrik edib.

Şəhər rəhbəri vurğuıayıb ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı həyata keçirilən işlərin nəticəsində Sumqayıt inkişaf edib, şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Hansı ki, bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək. Ona görə bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları reallaşır, ideyaları həyata vəsiqə qazanır. Çünki ulu öndər Heydər Əliyev Sumqayıtı belə görmək istəyirdi. Əlbəttə, cənab İlham Əliyevin qayğısı və diqqəti bizi daha məsuliyyətlə və fədakarlıqla çalışmağa sövq edir.

Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov və ictimai fəal gənclər məruzə ilə çıxış ediblər.

Şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

Tədbir konsert proqramı  ilə davam edib.

Keçidlər