Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 8-ci mikrorayon ərazisində keçirib

24 sentyabr 2019 | 16:00

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 8-ci mikrorayon ərazisində keçirib.
Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri və şəhər sakinləri iştirak ediblər.
Qəbulda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri salamlayaraq bildirib ki, son illərdə görülmüş işlər nəticəsində şəhər sakinlərini narahat edən məsələlər, mövcud problemlərin həlli istiqamətində müsbət nəticələr əldə olunub. Sumqayıt şəhərində mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.
Fərəcov son illər ərzində Sumqayıt şəhərində, eləcə də səyyar qəbulun keçirildiyi 8-ci mikrorayon ərazisində görülmüş işlərdən danışıb, qarşıdakı hədəfləri açıqlayıb.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib, vətəndaşların müraciətlərində qeyd olunan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən şəhər sakinləri Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər