Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

29 iyul 2019 | 16:00

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər  təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
Konfransı YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov açaraq gündəlikdə duran məsələlərlə konfrans iştirakçılarını tanış edib. YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədzadənin hesabat məruzəsi dinlənilib.
Məlumat verilib ki, şəhər təşkilatının 28 min 341 nəfər üzvündən 13 mindən çoxu gənclərdir. Sonra şəhər təşkilatı Gənclər Birliyi 67 nəfərdən ibarət Şurasının və 25 nəfərdən ibarət  İdarə Heyətinin yeni tərkibinın seçilməsi təklif edilib. Konfrans iştirakçılarının yekdil qərarı ilə YAP rayon təşkilatı Gənclər Birliyi Şurasının və İdarə Heyətinin yeni tərkibi seçilib.
Digər təşkilati məsələ olan YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri seçilməsi məsələsi konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Konfrans iştirakçılarının təklifi əsasında Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzində Baş mütəxəssis  vəzifəsində işləyən Qafarova Fəridə Çingiz qızı YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri seçililib.
Konfransda YAP Sumqayıt şəhər təşkilatı üzvlərindən YAP Gənclər Birliyinin V konfransına nümayəndələr seçilib. Tədbirin sonunda gənclər adından Azərbaycan Respublikasının prezidentinə müraciət qəbul edilib.

Keçidlər