Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaşların səyyar qəbulunu keçirib

07 may 2019 | 16:00

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü keçirib. Sumqayıt şəhər Tarix Muzeyində keçirilən səyyar qəbul-görüşdə şəhərin 45-ci məhəllə, 4 və 5-ci mikrorayon sakinləri iştirak edib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov da iştirak edib.
Qəbulda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri salamlayaraq bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində son illərdə şəhərdə əsaslı və kompleks yenidənqurma işləri görülüb. Bu illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası nəticəsində ölkənin makroiqtisadi gostəricilərində şəhərimizin xüsusi çəkisi yuksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb.
Şəhər rəhbəri qeyd edib ki, ilin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər ölkəmizin iqtisadi potensialının gücləndirilməsində sosial, infrastruktur layihələrinin həyata keçirilməsində, insanların rifah halının daha da yaxşılaşdırılmasında mühüm rolu olub.
Z.Fərəcov bildirib ki, bir neçə il öncə şəhər sakinlərini narahat edən problemlərin böyük əksəriyyəti öz həllini tapıb. Mövcud problemlərin həlli istiqamətində tədbirlər planına uyğun olaraq addımlar atılır.
Vurğulanıb ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.
Görüşdə sakinlər tərəfindən məhəllə daxili yolların asfaltlanması, 40-50-ci illərdə vurulmuş dam örtüklərinin yenilənməsi, nümunəvi məhəllələrin yaradılması, işıqforların və yol nişanlarının quraşdırılması, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun təmir olunması və digər məsələlər səsləndirilib. Sakinlərin təklif, müraciət və şikayətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər