Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov Coratda Novruz şənliyində iştirak edib

17 mart 2019 | 16:00

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz doğma Azərbaycanımızın hər yerində olduğu kimi, Sumqayıtda da böyük təntənə ilə qeyd edilir.
Belə ki,  Sumqayıt şəhərinin Corat qəsəbəsində milli mənəvi dəyərləri və adət-ənənələrimizi özündə əks etdirən bayram tədbiri keçirilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbirin keçirildiyi ərazidə sakinlərlə görüşüb, onlara bayram təbriklərini çatdırıb.
Bayram tədbirində qədim el adət-ənənələrimiz və Novruz rəmzləri olan səməni, müxtəlif şirniyyat nümunələri ilə bəzədilmiş bayram xonçaları və milli mətbəximizin ləziz təamları göz oxşayıb.
Novruzun gəlişi münasibətilə qəsəbənin bayramın əsas atributları olan Bahar qızı, Keçəl, Kosa və milli geyimdə olan qız və oğlanlar meydana daxil olub və meyxanaçıların novruz ovqatlı çıxışları təqdim olunub.
Öz hünərlərini göstərməyə çalışan gənc idmançılar tədbir iştirakçılarına xoş təəssurat bəxş ediblər. Bayram əhval ruhiyyəli çıxışlarda Novruz baharın ilk günü, təbiətin canlanması, torpağın oyanış bayramı kimi vurğulanıb.
Qəsəbə meydanında təşkil olunan tədbirdə yumurta döyüşü, xoruz döyüşü  iştirakçılar tərəfindən maraqla qarşılanıb,  tədbirə xoş ovqat qatıb.
Daha sonra alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti möhtəşəm anlar yaşadıb.
İncəsənət ustalarının baharı, ölkəmizi tərənnüm edən mahnıları ətrafa yayılaraq bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

Keçidlər