Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov 67 saylı körpələr evi – uşaq bağçasında təşkil edilmiş bayram şənliyində iştirak edib

26 dekabr 2018 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 67 saylı körpələr evi uşaq bağçasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təşkil edilmiş bayram şənliyində iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov körpə fidanları bayram münasibəti ilə təbrik edib, gələcəyimiz olan uşaqlara can sağlığı, xoşbəxt həyat, sevinc dolu günlər və vətənə layiqli övlad olmalarını arzulayıb.
Şəhər rəhbəri çıxışında bağçanın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada uşaqlar maraqlı proqramla çıxış ediblər. Uşaqların ifasında yeni ilə həsr olunan şeirlər, mahnılar və rəqs nömrələri alqışlarla qarşılanıb.
Tədbirin sonunda uşaqlara yeni il hədiyyələri təqdim edilib.

Keçidlər