Home Contact Phone
background
  • Ünvan: AZ 5000, Azərbaycan Respublikası, Sumqayıt ş., Azərbaycan prospekti, 9
  • Faks: (+994 18) 6420000
  • E-mail: mail@sumqayit-ih.gov.az

Xəbərlər

  • Avropa Şurasının fəaliyyəti ikili standartlar...

    Avropa Şurasının fəaliyyəti ikili standartların bariz nümunəsidir

    2020-06-08

    Son zamanlar bəzi beynəlxalq təşkilatların "ikili standart" yanaşmalarının şahidi oluruq. Sərgilədikləri "ikili standart" yanaşmalar nəticəsində bu təşkilatlar dünyada gedən proseslərə təsir etmək gücünü, beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bu təşkilatların, xüsusilə Avropa Şurasının Azərbaycan qarşı göstərdiyi ikili standartlardan çıxış etməsini, riyakar mövqe ortaya qoyduğunu sərt şəkildə tənqid edib. Prezident İlham Əliyev növbəti dəfə iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında geniş məzmunlu və əhatəli çıxışında bir daha Avropa Şurasının ölkəmizə qarşı sərgilədiyi ədalətsiz mövqeyə diqqət yetirdi, səsləndirdiyi fikirlərlə bu qurumun əsl mahiyyətini ortaya qoydu.

  • Sumqayıt şəhərində koronavirus infeksiyasın...

    Sumqayıt şəhərində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir

    2020-06-06

    Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur. Bu gün həyata keçirilən dezinfeksiya tədbirlərinə Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunub.

  • Hər bir vətəndaş Operativ Qərargahın tələb...

    Hər bir vətəndaş Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir

    2020-06-04

    Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.

  • İsveçrəli iş adamı Abdallah Chatila Sumqayıt...

    İsveçrəli iş adamı Abdallah Chatila Sumqayıta bir milyon tibbi maska göndərdi

    2020-06-01

    Sumqayıt şəhərində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədi ilə İsveçrədə yaşayan iş adamı Abdallah Chatila bir milyon tibbi maska göndərib.

  • Sumqayıt şəhərində 2253 nəfər işsiz vətə...

    Sumqayıt şəhərində 2253 nəfər işsiz vətəndaş ictimai işlərə cəlb edilib

    2020-05-22

    Sumqayıtda ictimai işlərə 4 min vakant yeri ayrılmışdır. Həmin iş yerləri üçün ayda 250 manatdan başlayan əmək haqqı nəzərdə tutulub. Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq və digər xidmət sahələrini əhatə edir.

  • Sumqayıt şəhərində könüllülər sakinlərə...

    Sumqayıt şəhərində könüllülər sakinlərə tibbi maskalar paylayıblar

    2020-05-21

    Sumqayıt şəhərində koronavirusa qarşı mübarizə tədbirləri davam edir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır, qabaqlayıcı tədbirlər həyata keçirilir.

  • Sumqayıtın möhtəşəm inkişafı, quruculuğu ...

    Sumqayıtın möhtəşəm inkişafı, quruculuğu Heydər Əliyev ideyalarının və İlham Əliyev kursunun təntənəsidir

    2020-05-20

    Azərbaycanın müasir tarixinin yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikamıza istər birinci, istər ikinci rəhbərliyi dövrü tariximizin parlaq səhifələrini təşkil edir. Bu gün ölkəmizin harasına getsək, Heydər Əliyevin inkişafa və quruculuğa verdiyi töhfələrin, dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinin şahidi olarıq. Müasir Sumqayıtın inkişafında Heydər Əliyevin böyük rolu olub.

  • Dövlətin biznesdən və əhalidən gözləntisi ...

    Dövlətin biznesdən və əhalidən gözləntisi - fəaliyyətin tam şəffaflaşdırılmasıdır

    2020-05-20

    "Kölgə” iqtisadiyyatının genişlənməsi ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə mövqeyinin zəifləməsi ilə yanaşı, hərbi və siyasi xarakterli təhlükələrin güclənməsi meylinin də artmasına səbəb olur.

  • Dövlətin yеni çаğırışını dəstəkləyir...

    Dövlətin yеni çаğırışını dəstəkləyirik!

    2020-05-18

    Üç аydır ki, bütün dünyа dövlətlərində pаndеmiyа еlаn еdilən yеni növ kоrоnаvirusа (CОVID-19) qаrşı mübаrizə dаvаm еdir. Bu bəlаyа qаrşı ən səmərəli mübаrizə аpаrаn ölkələr sırаsındа isə Аzərbаycаnın аdı birincilər sırаsındа çəkilir. Həyаtа kеçirilən qаbаqlаyıcı və qоruyucu tədbirlər nəticəsində ölkəmizdə itkilər minimum həddədir. Ümumdünyа Səhiyyə Təşkilаtı və bеynəlхаlq qurumlаr Аzərbаycаnı bu sаhədə nümunəvi ölkə kimi göstərir. Həyаtа kеçirilən tədbirlər həmçinin dünyаnın аpаrıcı mаliyyə – iqtisаdi qurumlаrı tərəfindən də yüksək qiymətləndirilir. Təqdirəlаyiq hаldır ki, Prеzidеnt İlhаm Əliyеv virusun ciddi prоblеmə çеvrilməsini nəzərə аlаrаq оnunlа mübаrizədə bеynəlхаlq əməkdаşlığı məqsədə uyğun hеsаb еtmişdir.

  • Azərbaycan könüllüləri pandemiya ilə mübari...

    Azərbaycan könüllüləri pandemiya ilə mübarizədə dövlətin yanındadırlar

    2020-05-18

    Könüllülük ölkəmizdə tez‐tez rast gəlinən və mərhəməti, əliaçıqlığı, humanistliyi, eyni zamanda vətənpərvərliyi tərənnüm edən bir fəaliyyətdir. Ölkəmizdə də gənclərin fəaliyyətində könüllülüyün xüsusi yer tutduğunun və bu sahəyə marağın günbəgün artdığının canlı şahidiyik. Yaşlı tənha insanların təcrid edilməsini təmin etmək üçün könüllülərin onlara kömək etmələri, xeyirxahlıq göstərən təşkilatların, insanların yardımlarının ehtiyacı olanlara çatdırılmasında könüllülərin birbaşa iştirakı mühüm rola malikdir.

  • Sumqayıt könüllüləri vətəndaşlarımızın ...

    Sumqayıt könüllüləri vətəndaşlarımızın sağlamlığının qorunmasına öz töhfəsini verir

    2020-05-18

    Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.

  • Sumqayıt şəhərinin park və xiyabanları əhal...

    Sumqayıt şəhərinin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilir

    2020-05-17

    Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Qərara əsasən 18 may 2020-ci il saat 00:00-dan etibarən bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürüləcək.

  • Sumqayıt şəhərində genişmiqyaslı dezinfeksi...

    Sumqayıt şəhərində genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

    2020-05-16

    Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Həftəsonları bu tədbirlər daha da gücləndirilir.

  • Azərbaycanın Beynəlxalq və Regional Siyasətin...

    Azərbaycanın Beynəlxalq və Regional Siyasətində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Strateji Aspektləri

    2020-05-14

    Müasir qlobal şəraitdə Azərbaycan özünün düşünülmüş və əsaslandırılmış regional və beynəlxalq siyasi və iqtisadi strategiyalarının mükəmməlliyi sayəsində durmadan öz nüfuzünü artırmaqdadır. Bu uğurların bünövrəsi hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Neft strategiyasının uzun müddətli dövrə hesablanmış hədəfləri və bunlarla bağlı enerji və nəqliyyat layihələrinin reallaşdırılmasına başlanılması nəticəsində Azərbaycan regionun lider ölkəsinə çevrilməklə bərabər, beynəlxalq səviyyədə güclü nüfuz qazanmış və xüsusilə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli addımlar atmışdır.

  • Dövlət idarəçiliyinin bütün istiqamətlərin...

    Dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları intensiv şəkildə davam etdirilir

    2020-05-13

    Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.

  • Dövlət başçısı tərəfindən verilmiş tapş...

    Dövlət başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan vəzifəli şəxslərin dövlət tərəfindən cəzalandırılması davam etdirilir

    2020-05-13

    Son vaxtlar respublikamızda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə xeyli gücləndirilib. Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

  • Beynəlxalq missiyanın aparıcı ölkəsi

    Beynəlxalq missiyanın aparıcı ölkəsi

    2020-05-13

    Koronavirus Çinin sərhədlərini aşanda hər kəs öz “evinə çəkilməklə”, əksər ölkələr sərhədləri bağlamaqla virusdan qoruna biləcəyini proqnozlaşdırdı və bütün addımları bu nikbin ehtimala uyğunlaşdırdı. Ancaq infeksiya sərhəd tanımadan sürətlə bütün dünyanı ağuşuna aldı və qısa zamanda “pandemiya” statusuna yiyələndi. Bununla belə, zaman göstərdi ki, “taclı bəla” ilə mübarizədə özünəqapanma effektiv deyil, qlobal mübarizə, həmrəylik qaçılmazdır.

  • Prezident İlham Əliyev Sumqayıtın inkişafınd...

    Prezident İlham Əliyev Sumqayıtın inkişafından danışdı

    2020-05-13

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müəssisələrin bir qrup işçisi ilə görüşüblər. Prezident İlham Əliyev görüşdəki çıxışında Sumqayıt şəhərinin inkişafı ilə bağlı mühüm məqamlara toxunub.

  • Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkda...

    Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları qanvermə aksiyasına qoşulub

    2020-05-12

    Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah çağırışına qoşularaq qanvermə aksiyasında iştirak ediblər.

  • İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park...

    İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” MMC-in tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak edib

    2020-05-12

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

  • Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə ...

    Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü Azərbaycanın dünya miqyasında nüfuzunun artdığını göstərir

    2020-05-12

    Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir.

  • Sumqayıt şəhər İcra Hakimiyyətinin başçıs...

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Böyük Vətən Müharibəsi veteranlarını evlərində ziyarət edib

    2020-05-09

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Sumqayıt şəhərində yaşayan Böyük Vətən müharibəsi iştirakçılarını evlərində ziyarət edib. Şəhər rəhbəri veteranlarla görüşüb, onları faşizm üzərində əldə olunmuş qələbə münasibəti ilə təbrik edib, xoş arzularını çatdırıb.

  • Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfində...

    Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə və tənha ahıl şəxslərə ərzaq yardımı davam edir

    2020-05-04

    Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən ərzaq bağlamalarının paylanılması aksiyası davam edir. Aksiya çərçivəsində Sumqayıt şəhərində müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və ehtiyacı olan şəxslərə 50 kiloqramlıq ərzaq məhsullarından ibarət yardım sovqatları öz evlərində təqdim olunur.

  • Çin Xalq Respublikasının Sian şəhəri Sumqay...

    Çin Xalq Respublikasının Sian şəhəri Sumqayıt şəhərinə humanitar yardım edib

    2020-05-04

    Çin Xalq Respublikasının Şansi vilayətinin inzibati mərkəzi olan Sian şəhərindən Sumqayıt şəhərinə tibbi humanitar yardım göndərilib. Sumqayıt şəhəri ilə dostluq və əməkdaşlıq əlaqələri olan Sian şəhərindən göndərilən tibbi ləvazimatlar bugün Azərbaycan Hava Yollarının Karqo Terminalında qəbul olunub və dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib.

  • Sumqayıtda koronavirus təhlükəsinə qarşı ap...

    Sumqayıtda koronavirus təhlükəsinə qarşı aparılan dezinfeksiya işləri davam etdirilir

    2020-04-27

    Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

əvvəlki [3] növbəti