Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prokurorluğunun 100 illiyi və prokurorluq işçilərinin peşə bayramı münasibətilə Sumqayıt Dövlət Dram Teatrında tədbir keçirilib.

01 oktyabr 2018 | 16:00

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prokurorluq işçilərini peşə bayramı günü və prokurorluğun yaradılmasının 100 illik yubileyi münasibətilə təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb. Tədbirdə səmərəli fəaliyyətinə görə Sumqayıt şəhər prokurorluğunun bir qrup əməkdaşına və veteranlara fəxri fərmanlar və pul mükafatları təqdim edilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Vurğulanıb ki, Azərbaycan Prokurorluğu ötən 100 ildə çətin və şərəfli bir inkişaf yolu keçib, xalqının və müstəqil dövlətinin hərtərəfli dəstəyinə arxalanan, milli ənənələrə və mütərəqqi dünya standartlarına uyğun şəkildə daim təkmilləşməklə sivil və dünyəvi bir quruma çevrilib.
Qeyd olunub ki, respublika prokurorluğunun kollektivi dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirməklə fəal vətəndaşlıq mövqeyində dayanan mübariz bir təsisat kimi dövlətçiliyimizin maraqlarının və qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərir.
Sumqayıt şəhər prokuroru Sərdar İmanov Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğıdan söz açaraq, şəhər prokurorluğu üçün yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bektaşi, Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov çıxış edərək prokurorluq işçilərinə peşə bayramı münasibətilə təbriklərini çatdırıblar.
Sonda tanınmış incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olunub.

Keçidlər