Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov 40 saylı uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

07 sentyabr 2018 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 40 saylı körpələr evi-uşaq bağçasında olmuş və baxçada  uşaqlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuşdur.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov uşaqlarla söhbət edib, xatirə şəkli çəkdirib.
Vurğulanıb ki, son illərdə Sumqayıt şəhərin məktəbəqədər tərbiyə müəssisələrində mövcud olan problemlər əsasən aradan qaldırılıb, aparılan  metodik işlərin vəziyyəti, uşaqların təlim-tərbiyəsi və ərzaq təminatı məsələsi ciddi nəzarətdə saxlanılır. Bağçalarda istilik sistemi tam bərpa olunub. Əmək intizamına riayət edilməsi və ərzaq təchizatı ilə bağlı mütəmadi olaraq reydlər və yoxlamalar keçirilir. Təmirə ehtiyacı olan 44 bağçada şəhər İcra Hakimiyyətinin yaxından köməyi və daxili imkanlar hesabına təmir işləri aparılıb.

Keçidlər