Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər 13-cü mikrorayon ərazisində fəaliyyət göstərən 4 saylı şəhər poliklinikasında yaradılan şərait və görülən işlərlə tanış olub.

14 iyun 2018 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər 13-cü mikrorayon ərazisində fəaliyyət göstərən 4 saylı şəhər poliklinikasında yaradılan şərait və görülən işlərlə tanış olub.

Bildirilib ki, 2011-ci ildən fəaliyyət göstərən poliklinika 45 min nəfər əhaliyə xidmət göstərir. Tibb müəssisəsinin bütün otaqları yüksək səviyyədə təmir olunub, müasir avadanlıq və zəruri inventarla təchiz edilib. Təmir olunaraq əhalinin ixtiyarına verilən poliklinikada  sahə həkimləri, cərrah, endokrinoloq, nevropatoloq, kardioloq, onkoloq,  həkim-laborant əhaliyə xidmət göstərir.

Qeyd olunub ki, son bir neçə ildə Sumqayıt şəhərində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması, tibb müəssi­sələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təchizatın yaxşılaş­dırılması, əsaslı təmir və abadlıq sahəsində mühüm işlər görülür. Son bir neçə ildə Sumqayıt şəhərində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması, tibb müəssi­sələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təchizatın yaxşılaş­dırılması, əsaslı təmir və abadlıq sahəsində mühüm işlər görülür.

Daha sonra xəstəxananın kollektivi ilə görüşən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirdi ki, şəhər ərazisində təmirə ehtiyacı olan bütün tibb müəssisələri  ən müasir səviyyədə yenidən qurularaq sakinlərin istifadəsinə veriləcək.

Keçidlər