Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə geniş tədbir keçirilib.

05 oktyabr 2017 | 16:00

Sumqayıtda Beynəlxalq Müəllimlər Günü qeyd edilib. Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov təhsil işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.  Son illər ölkəmizdə elmin, təhsilin inkişafı sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan, dövlət proqramlarından və əldə olunan nailiyyətlərdən söz açıb.
Qeyd olunub ki, dövlətimizin təhsil sahəsində göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir, müasir tələblərə cavab verən yeni təhsil ocaqları tikilib istifadəyə verilir, müəllim və şagirdlərə göstərilən qayğı gündən-günə daha da artır.
Tədbirdə xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi vurğulanıb.
Çıxış edən ziyalılar Sumqayıt müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir konsert proqramı ilə başa çatıb.

Keçidlər